AZ

Tramp tibbi müayinədən keçib

Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tibbi müayinə zamanı onda hər hansı sağlamlıq problemi aşkarlanmayıb.

“Truth Social” hesabında paylaşım edən Tramp, Uolter Rid adına hərbi-tibb mərkəzində növbəti tibbi müayinədən keçdiyini qeyd edib.

“Altı aydan bir keçirilən tibbi müayinədən yenicə keçdim. Bütün göstəricilər ideal vəziyyətdədir”, - Tramp yazıb.

Bu, 79 yaşlı siyasətçinin son 13 ay ərzində keçdiyi üçüncü tibbi müayinədir. Bundan əlavə, ABŞ prezidenti həmin müddətdə ən azı iki dəfə stomatoloqa müraciət edib.

Seçilən
0
4
xalqcebhesi.az

5Mənbələr