AZ

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 may, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletslə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə baş direktoru Kşiştof Krukovski, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, komitənin milli direktoru Rövşən Məmmədov və müşaviri Murad Həşimov da iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
6
azertag.az

7Mənbələr