AZ

Sahil Babayev: Qeyri neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

Büdcə siyasətinin əsas istiqamətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi.

Bu barədə maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində söyləyib.

Nazir qeyd edib: “Biz 2026-cı il və növbəti üç il üçün çərçivəni hazırlayıb Milli Məclisə təqdim edən zaman qarşımıza qoyduğumuz əsas hədəflərdən biri o idi ki, hər il Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirləri artmalıdır, neft gəlirləri azalmalıdır və büdcə xərclərinin artan tələbatı məhz qeyri-neft gəlirlərimiz hesabına təmin olunmalıdır. Çünki bu, bizim dayanıqlılığımızdır, bu, bizim gələcək inkişafımızdır, neft resurslarının, Neft Fondu resurslarının gələcək nəsillər üçün qorunub saxlanmasıdır. Bu prizmadan yanaşdıqda, ilk 4 ayın nəticələri də kifayət qədər uğurludur. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunub. Əvvəlki ilə - 2025-ci ilə nisbətən isə bu, 5 faiz – 372 milyon manat çoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
9
azertag.az

10Mənbələr