ain.az, Fanat portalına istinadən məlumat verir.
"Mançester Siti"nin portuqaliyalı ulduzu Bernardo Silvanın gələcək karyerası ilə bağlı Avropada transfer savaşı böyüyür.
Fanat.Az xəbər verir ki, "TeamTalk" portalının əldə etdiyi eksklüziv məlumata görə, "Atletiko Madrid" klubu Bernardo Silvanın "Yuventus"a keçidini əngəlləmək üçün rəsmi şəkildə dövrəyə girib.
"Mançester Siti"nin canlı əfsanələrindən hesab olunan təcrübəli yarımmüdafiəçiyə Madrid təmsilçisindən olduqca cəlbedici bir təklif gəldiyi və futbolçunun bundan ciddi şəkildə etkiləndiyi bildirilir.
İtaliya klubu ilə danışıqların xeyli irəliləməsinə baxmayaraq, portuqaliyalı oyunçu hazırda İspaniyaya köçmək variantını daha ciddi şəkildə nəzərdən keçirir.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.