AZ

Qızları avtomobillə yığıb avtoxuliqanlıq etdi Polis saxladı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yol polisi avtoxuliqanlıq edən sürücünün avtomobilinə atəş açaraq saxlayıb.

Avtosfer.az Rusiyanın Xabarovsk diyarında baş verən hadisə polis avtomobilinin kamerası tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, 18 yaşlı gənc 14 və 16 yaşlı iki məktəbli qızı avtomobillə şəhər küçələrində gəzməyə çıxarıb. Bir müddət sonra ərazidə xidmət göstərən yol polis əməkdaşları sənədləri yoxlamaq məqsədilə nəqliyyat vasitəsinə "dayan" işarəsi veriblər, lakin gənc sürücü sürəti artıraraq ərazidən uzaqlaşmağa çalışıb. Polisin təqib və xəbərdarlıqlarına məhəl qoymayan "şoumen" sürücünün təhlükəli yürüşünə yalnız təkərə açılan atəşdən sonra son qoyulub. Güllə hədəfə dəydikdən sonra avtomobil dayandırılıb.

Hadisə nəticəsində autoxuliqan saxlanılaraq polis bölməsinə aparılıb. Avtomobildə olan yeniyetmə sərnişinlər barəsində müvafiq protokollar tərtib edilib və onlar ailələrinə təhvil veriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
avtosfer.az

1Mənbələr