AZ

Liverpul alman futbolunun yeni istedadının arxasınca düşdü

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərənin "Liverpul" klubu gələcəyə investisiya strategiyasına uyğun olaraq Almaniya futbolunun ən perspektivli gənclərindən birini rənglərinə bağlamağa yaxındır.

Fanat.Az xəbər verir ki, "Sky Sport DE" telekanalının yaydığı məlumata görə, "mersisaydlılar" "Herta Berlin" klubunun 16 yaşlı vunderkindi Kennet Ayxhornun transfer yarışına rəsmi şəkildə daxil olublar.

Gənc yarımmüdafiəçinin yayda Almaniya klubundan ayrılması məqsədilə tərəflər arasında artıq konkret və ciddi danışıqların aparıldığı bildirilir.

Avropanın bir çox klubunun radarında olan istedadlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin təxminən 10-12 milyon avro civarında olduğu təxmin edilir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr