AZ

​Şam yeməyi üçün 43 min ödədi

“Süperstar” ləqəbli türkiyəli müğənni Ajda Pekkan bu dəfə səhnə performansı ilə deyil, restoranda ödədiyi hesabla gündəmə gəlib. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, Pekkan İstanbulun Yeşilköy bölgəsində yerləşən lüks restoranlardan birində şam edib. Sənətçi burada xüsusi üsulla hazırlanmış “brisket” ətini sifariş edib. Bu yemək meşə odununun dumanında təxminən 12 saat ərzində tüstülənərək hazırlanır. Yeməkdən sonra təqdim edilən hesab isə sosial mediada böyük rezonans doğurub. Buna səbəb Ajda Pekkanın şam yeməyi üçün 43 min lirə (təxminən 2500 AZN) ödəməsi olub. Məbləğin çox olduğunu deyən pərəstişkarları sənətçini tənqid atəşinə tutublar.

Qeyd edək ki, Ajda Pekkan tez-tez lüks həyat tərzi və bahalı restoran seçimləri ilə gündəmə gələn məşhurlar arasında yer alır.

Seçilən
0
3
metbuat.az

4Mənbələr