"Sabah" klubu qapıçısı Stas Pokatilov ilə müqaviləni yeniləyib.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 33 yaşlı qolkiper 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. Komandanın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub.