AZ

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində ödəniş sistemləri ilə əlaqəli 14 təşkilat və 4 şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiyalar, həmçinin kriptovalyuta birjalarını və Rusiyaya yönəlmiş maliyyə platformalarını idarə edən təşkilatları, eləcə də bu şəbəkə ilə əlaqəli şəxsləri əhatə edir. Onların arasında kriptovalyuta birjalarının operatorları olan üç Gürcüstan şirkəti də var.

“Bundan başqa, tədbirlər paketi Qırğızıstan bankını, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri kimi yurisdiksiyalarda qeydiyyatdan keçmiş bir sıra şirkətləri, eləcə də bu şəbəkə ilə əlaqəli şəxsləri hədəf alıb”, – məlumatda qeyd olunub.

MənbəREPORT
Seçilən
30
3
banker.az

4Mənbələr