AZ

Mişustin Əli Əsədovla danışdı

BAKI, 26 may. TELEQRAF

Rusiya Baş naziri Mixail Mişustin və azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, tərəflər 2026-cı il mayın 22-də Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində aparılmış təmasların davamı olaraq Rusiya-Azərbaycan arasında ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı sənaye, energetika, nəqliyyat infrastrukturu, rəqəmsal iqtisadiyyat və digər sahələrdə birgə iri layihələrin həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.

Hökumət başçıları həmçinin Rusiya ilə Azərbaycanın beynəlxalq və regional formatlarda əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr