AZ

333 kq dan yeni həyata: Azərbaycanda ən ağır çəkili pasiyent bariatrik əməliyyat olundu FOTO

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda bariatrik-metabolik cərrahiyyə sahəsində mühüm və nadir tibbi uğura imza atılıb. Ölkəmizdə mədəkiçiltmə əməliyyatı olunan ən yüksək çəkili pasiyent – ilkin olaraq 333 kiloqram çəki ilə tanınmış bariatrik-metabolik cərraha müraciət etmiş, uzunmüddətli və kompleks hazırlıq mərhələsindən sonra uğurla əməliyyat olunub.

Burada diqqət çəkən əsas məqam yalnızca 333 kq çəkisi olan pasiyentin əməliyyatı deyil. Həmçinin belə ciddi riskləri olan pasiyentin əməliyyata hazırlıq müddətinin effektiv aparılmasına diqqət çəkməkdir, çünki əməliyyat öncəsi professional tibbi komanda ilə əməliyyata hazırlıq prosesi olmadan bu əməliyyatların uğurla icra olunması qeyri-mümkündür. Belə ki, pasiyent 3 aylıq intensiv preoperativ hazırlıq proqramından keçib və bu müddət ərzində multidissiplinar tibbi komanda tərəfindən nəzarətdə saxlanılıb. Hazırlıq prosesində anestezioloq, kardioloq, pulmonoloq, endokrinoloq və digər mütəxəssislər iştirak edib. Hazırlıq dövründə pasiyentin piylənmə nəticəsində yaranan  kardio-pulmonar probeləmləri nisbi olaraq düzəlib və bu müddətdə 30 kq çəki azalaması baş verib. Tibbi hazırlıq nəticəsində pasiyent 301 kiloqram çəki ilə əməliyyata alınıb. Hazırlğın əsas məqasədi xəstənin anesteziya(narkoz) risklərini minimuma endirmək olub.

Əməliyyat Azərbaycanın tanınmış bariatrik-metabolik cərrahlarından, t.ü.f.d. Taryel Ömərov tərəfindən Modern Hospital-da uğurla icra olunub. 20 ilə yaxındır fəaliyyət göstərən klinikada günümüzə qədər mütəşəkkil tibbi komanda ilə saysız uğurlu əməliyyatlar icra olunub. Bunun başlıca səbəblərindən biri də ən həssas şöbələrdən sayılan anesteziya və reanimasiya şöbəsi, əməliyyatxana və stasionar şöbəsi əməkdaşlarının məsuliyyətlə professionallığı vəhdət şəklində mənimsəmələridir. 

Dr. Taryel Ömərov bildirib ki, pasiyent illər ərzində müxtəlif arıqlama metodlarını sınasa da, istənilən nəticəni əldə edə bilməyib:

“Pasiyentimiz uzun illər ərzində arıqlama iynələri, müxtəlif diet proqramları, kofelər və digər metodları sınaqdan keçirsə də, bu cəhdlərdən demək olar ki, effektiv nəticə ala bilməyib. Dəyərli tibbi komandamızla birlikdə bu mürəkkəb əməliyyatı uğurla icra etməyin qürurunu yaşayırıq. İnanırıq ki, yaxın aylarda pasiyentimizin həyatında və sağlamlığında çox ciddi müsbət dəyişikliklər müşahidə olunacaq.”

Həkim əlavə edib ki, bariatrik-metabolik cərrahiyyə yalnız çəki azalması deyil, eyni zamanda həyat keyfiyyətinin yüksəlməsi, hərəkət imkanlarının artması və yanaşı xəstəlik risklərinin azalması baxımından da mühüm rol oynayır.

Komanda yaxın aylarda pasiyentin keçəcəyi böyük transformasiyanı ictimaiyyətlə bölüşməyi planlaşdırır.

“Nə xoş bizə ki, daha bir piylənmənin ağuşunda boğulan pasiyentimizin həyatına toxunuş edə bildik və daha bir insan bizimlə birlikdə "mən yaşamağa başladım" deyə bildi”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
18
redaktor.az

10Mənbələr