Aktual.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
"Lionel Messi müəyyən narahatlıqlar yaşasa da, tibbi testlərin nəticələri dünya çempionatı ərəfəsində heç bir ciddi zədənin olmadığını təsdiqləyir. Messi Argentina millisinin sərəncamında olacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumatlarda Lionel Messinin 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün Argentina milli komandasının genişləndirilmiş heyətinə daxil edildiyi bildirilirdi.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı 11 iyun - 19 iyul tarixləri aralığında Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə baş tutacaq. Turnirin son qalibi olan Argentina yığması bu dəfə Əlcəzair, Avstriya və İordaniya ilə eyni qrupda mübarizə aparacaq.