Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "China Offshore Oil Engineering Company" (COOEC) şirkəti arasında Xəzər dənizində yerləşən "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Babək Hüseynov və COOEC-un baş direktorunun müavini Vanq Vey ilə görüşdə aparılıb.
Görüşdə iki şirkət arasında potensial tərəfdaşlıq imkanları nəzərdən keçirilib və əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.
Söhbət zamanı qonaqlara SOCAR-ın strateji hədəfləri, quruda və dənizdə həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.