AZ

“Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı

“Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Onun klubla müqaviləsi başa çatıb.Klub rəhbərliyi ukraynalı mütəxəssisə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Demçenko 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.

"Araz Naxçıvan" çempionatı 6-cı yerdə başa vurub.

Seçilən
15
2
football-plus.az

6Mənbələr