ain.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri müqəddəs Qurban bayramı ərəfəsində 100-ə yaxın aztəminatlı ailəyə baş çəkiblər.
Aksiya çərcivəsində aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı çatdıran YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri onları dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik ediblər.
Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.