AZ

Ödəniş edib əsgərliyə getmək istəməyənlərin nəzərinə

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər.

Publika.az xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.

“Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır”.

Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən kriteriyalara cavab verən şəxslər üçün ödənişli hərbi xidmət və ya alternativ xidmət mexanizmi tətbiq ediləcək:

“Hazırda qanunvericilik buna imkan vermir. Amma gələcəkdə bu məsələyə baxılacaq. Böyük ehtimalla qardaş Türkiyədə, Gürcüstanda və digər ölkələrdə olduğu kimi onların təcrübəsinə əsasən belə metod tətbiq edilə bilər. Bunun üçün qanunvericilik uyğunlaşdırılmalıdır”.

Seçilən
9
14
publika.az

10Mənbələr