AZ

SEPAH ABŞ ı İranın hava məkanına müdaxilədə günahlandırıb

ain.az, 525.az portalına istinadən məlumat verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ı hava məkanına müdaxilə etməkdə günahlandırıb. 

525.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Tehran cavab tədbiri görmək hüququnu özündə saxlayır.

"Amerika ordusu bölgədəki  avantürüst  hərəkətlərini davam etdirərək İranın hava məkanına hücum edib. SEPAH hava hücumundan müdafiə vasitələrindən istifadə edərək MQ-9 PUA-sını vurub, eləcə də F-35 təyyarəsini və RQ-4 dronunu İran hava məkanını tərk etməyə məcbur edib”, - açıqlamada vurğulanıb.

Bildirilib ki, ABŞ ordusu tərəfindən atəşkəsin pozulmasına qarşı cavab tədbirləri görmək SEPAH-ın qanuni hüququdur və bununla bağlı qarşı tərəfə bir daha xəbərdarlıq edir.

Xatırladaq ki, ABŞ ordusu bu gün İranın raket buraxılış məntəqələrinə və qayıqlarına hücum edib. ABŞ dövlət katibi Marko Rubio bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, boğazlar açıq olmalıdır və onlar bu və ya digər şəkildə açılacaq. 

Hücum Qətərdə danışıqların aparıldığı zaman baş verib. 

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
525.az

1Mənbələr