AZ

Sahibsiz it ətlərini kolbasaya qatırlar? - AÇIQLAMA

Yazını böyüt
Yazını kiçilt
Küçələrə səpələnmiş on minlərlə sahibsiz, xəstə, ac it sürülərinə də adamın yazığı gəlir. Yağışın, selin altında, balalarını maşınlar ayaqlayır, gah da ağzıaçıq kanalizasiya quyularına düşüb boğulurlar. Bit, birə, gənə basıb hamısını. Çoxusu acından, yoluxucu xəstəlikdən ayaq üstə güclə dayanır.
 
Hafta.az xəbər verir ki, bu barədə ilahiyyatçı Tural İrfan sosial şəbəkə üzərindən həyacan təbili çalıb.
 
 
T.İrfan qeyd edib ki, illərdir televiziyalar çəksələr də, saytlar, qəzetlər yazsalar da, bu itlərə sahib çıxan olmadı:
 
"İndi Qurban bayramı gəlir, həmin sahibsiz heyvanlar qəssabların yanında, zibilliklərdə qarınlarını doyuracaqlar, bəs sonra? Bu itlər insanlardan belə qiymətlidirsə, onları toplayıb bir fermada qulluq, müalicə etmək lazımdır. Yox, əgər lazım deyilsə, yenə də əhaliyə problem yaratmaması üçün toplayıb aidiyyəti məkana aparmaq gərəkdir. Gör hansı dövrdə yaşayırıq ki, küçələr qotur basmış ac it sürüsü ilə doludur, hərəkət etmək olmur. Bu problemə əncam çəkməli olan aidiyyəti vəzifəli şəxslərin əsla vecinə də deyil. Sanki hər dəfə uşağı, böyüyü dişləyəndə ləzzət alırlar. Çünki özlərinin uşaqlarını xüsusi maşınlar aparıb-gətirir, özlərinin də ayağı yerə təkcə həyətdə maşından yerə düşəndə dəyir. Dəfələrlə bu itlər müxtəlif qəsəbələrdə uşaqlara, böyüklərə xəsarət yetirib, hətta ölənlər də olub".
 
İlahiyyatçı kolbasa, konservlərin hazırlanmasında da it ətindən istifadəni qaçılmaz sayır:
 
"Kim zəmanət verər ki, həmin itləri gecə tutub konservə, kolbasaya qatmırlar? Əgər bu qədər itə nəzarət yoxdursa, demək kolbasa, sosis də hazırlayarlar, hələ lülə kabab da. Məsləhət görürəm ki, küçələrdə, yol kənarlarında səyyar kababçılardan uşaqlarınıza kabab almayın!"
Seçilən
18
hafta.az

1Mənbələr