Bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar günlərinin cədvəli ilə hərəkət edəcək.
Bu barədə Publika.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, Qurban bayramı və Müstəqillik Günü münasibətilə 27, 28 və 29 may tarixlərinin istirahət günü elan olduğunu nəzərə alaraq 27, 28, 29, 30 və 31 mayda Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə-bazar günlərinin cədvəli ilə hərəkət edəcək.