AZ

“Resurs” Salyanda tədbir keçirdi

Yazını böyüt
Yazını kiçilt

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsi çərçivəsində Salyan şəhəri Mərkəzi kitabxanada tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan layihənin eksperti Qismət İsmayılov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində qazanılan şanlı qələbədən danışdı. Bildirdi ki, 30 il işğal altında olmuş torpaqlarımızı azad etmək üçün başlayan genişmiqyaslı əks-hücum əməliyyatları Azərbaycan ordusunun parlaq hərbi qələbəsi ilə başa çatdı. Ordumuzun düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı: “ O dövrdə xalqımız bütünlüklə Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə birlik və bərabərlik nümayiş etdirdi. Bu birlik hərbi, siyasi, diplomatik qələbə ilə başa çatdı. Bu gün çox qürurluyuq. Torpaqlarımız azad edilib və quruculuq, abadlıq, tikinti işlərindən sonra insanlarımız doğma ocaqlarına qayıdırlar. Bu sevinci bizlərə bəxş etdiyinə görə şanlı ordumuza, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq”.

Salyan rayon ərazi təşkilat və ictimai siyasi şöbəsinin ictimai və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov çıxışında Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad edilməsinin mühüm tarixi hadisə və böyük hərbi Qələbə olduğunu bildirdi. Qeyd etdi ki, bundan sonra Ermənistan ağ bayraq qaldırmağa və təslim olmağa məcbur oldu: “Bu məğlubiyyət həm də 30 il Ermənistana hərbi, siyasi, maliyyə dəstəyi göstərmiş havadarlarının da məğlubiyyəti idi. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da parlaq qələbələrimiz şərtləndirdi.

Salyan rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev çıxışında qeyd etdi ki, Azərbaycan Ordusu Prezidentimiz İlham Əliyevin Sərkərdəlik məharəti ilə 30 il işğal altında olmuş torpaqlarımız azad etməklə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan qətnamələrini özü icra etdi.

Tədbirdə Salyan rayon Tarix Diyaşünaslıq muzeynin direktoru Rəfiqə Ağabəyova, Salyan rayon Mərkəzi Kitabxananın məsul işçisi Vüsalə Abdullayeva, Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Könül Qədirova, Təranə Cəfərova və digərləri çıxış edərək, Vətən Müharibəsində qazanılaq parlaq hərbi qələbəyə görə şəhidlərimizə borcluq olduqlarını və hər zaman onları xatırlayacaq, yad edəcəklərini bildirdilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Seçilən
0
2
hafta.az

3Mənbələr