AZ

Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ilin iyulunda Rusiyaya səfər edə bilər.

"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bildirib.

"Hazırda Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya səfər tarixi razılaşdırılır. Hər iki nazir - həm Bayramov, həm də Sergey Lavrov son dərəcə sıx iş qrafikinə malikdir, bununla əlaqədar səfər, çox güman ki, iyulda baş tutacaq. Hazırda konkret tarix dəqiqləşdirilir", - diplomat qeyd edib. 

M.Yevdokimov vurğulayıb ki, sentyabrda Azərbaycanda Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) keçirilməsi planlaşdırılır və Rusiya müdafiə nazirinin bu sərgidə iştirakı mümkündür.

Xatırladaq ki, 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

"Cebheinfo.az"

Seçilən
16
9
cebheinfo.az

7Mənbələr