
Araşdırmalar göstərir ki, hisslərinə güvənərək seçim edən insanlar sonradan daha az peşmanlıq yaşayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Emotion” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqatda 450-dən çox insan iştirak edib. Onlara restoran, mənzil, fincan və DVD pleyer kimi müxtəlif seçimlər təqdim olunub. İştirakçılar iki qrupa bölünüb: bir qrupdan qərarı məntiqə əsaslanaraq vermək, digər qrupdan isə hisslərinə güvənərək seçim etmək istənilib.
Nəticələr göstərib ki, hisslərinə güvənərək qərar verən insanlar seçimlərindən daha az peşmanlıq yaşayır və həmin seçimləri daha qətiyyətlə müdafiə edirlər.
Eyni zamanda məlum olub ki, hisslərinə güvənən insanlar qərarlarını başqaları ilə paylaşmağa da daha çox meylli olurlar. Məsələn, restoran seçənlər seçdikləri variantı dostlarına daha tez göndəriblər.
Alimlər bildirir ki, qərar vermə tərzi insanın sonrakı davranışına da təsir edir. İnsan necə qərar verirsə, ona münasibəti də həmin şəkildə formalaşır.