AZ

Xocalıya daha 9 ailə qayıdıb – mənzillərin açarları təqdim olunub

Xocalı rayonuna mayın 26-da növbəti köç olub.
Bu barədə Yenicag.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb. Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Köç prosesi çərçivəsində Xanabad kəndinə iki ailə olmaqla 9 nəfər, Badara kəndinə iki ailə olmaqla 4 nəfər, Ballıca kəndinə bir ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə bir ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə üç ailə olmaqla 12 nəfər köçürülüb.
Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.
media-6ychnsrh6yo2ythi2fl6wfvlohf0qmhvq0iborej_1200 media-ykuqlyg6ekdcvzvcp7o1n5d2hj5au8mbdx92r85j_1200 media-ogw3pfmolo6dp45dskflvqm1pibmiuzmlcshuftm_1200
Seçilən
21
17
yenicag.az

10Mənbələr