AZ

AFFA 4 klubu cərimələdi

AFFA Misli Premyer Liqasının XXXIII turundan sonra 4 klubu cərimələyib. Metbuat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub."Sumqayıt" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sumqayıt" komandası 2500 manat cərimə edilib.Eyni matçda "Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün "Qarabağ" komandası 8000 manat cərimə olunub.Mayın 23-də baş tutan "Kəpəz" – "Neftçi" qarşılaşmasında "Kəpəz" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin oyunun 65-ci dəqiqəsində "Neftçi" komandasının 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən paytaxt təmsilçisi 1000 manat cərimə edilib və futbolçuya 6 ay sınaq müddəti təyin olunub.

Seçilən
4
7
metbuat.az

9Mənbələr