AZ

Sarri "Latsio"dan ayrılıb bu komandanın "sükanı arxası"na keçir - Romano təsdiqlədi

"Latsio"dan ayrılacağı gözlənilən Mauritsio Sarrinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, Roma təmsilçisinin rəhbərliyi ilə münasibəti pozulan 67 yaşlı mütəxəssis "Atalanta"da Raffaele Palladinonun yerini tutacaq. Mənbə Sarrinin artıq Berqamo klubunun rəhbərliyi ilə razılığa gəldiyini vurğulayıb.

Daha öncə digər insayder Nikolo Skira da Sarrinin "Atalanta"ya rəhbərlik edəcəyini açıqlamış və 3 illik müqaviləyə imza atacağını bildirmişdi.

Xatırladaq ki, "Atalanta" mövsümü A Seriyasının turnir cədvəlində 7-ci pillədə başa vurub.

Toğrul

Seçilən
11
1
fanat.az

1Mənbələr