AZ

"Neftçi" Vensan Abubakarla bağlı QƏRARINI VERDİ

Vensan Abubakar "Neftçi" futbol klubu ilə yollarını rəsmən ayırıb.

Bizim.Media xəbər verir ki, tərəflər arasında başa çatan müqavilənin müddəti yenidən uzadılmayıb və futbolçu komandanı tərk edib.

Bildirək ki, ötən mövsümdən etibarən "Neftçi"nin formasını geyinən Abubakarın müqaviləsində mövcud olan 1 illik uzatma bəndi aktivləşdirilməyib.

Xatırladaq ki, Vensan Abubakar cari mövsüm ərzində "Neftçi"nin heyətində 18 rəsmi qarşılaşmada yaşıl meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (Oxu.az)

Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr