

Müəllif
İlhamə Vəliqızı
Hazırda gender problemləri ilə bağlı bütün məsələləri özündə əks etdirən sənəd üzərində iş gedir.Ulusum.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında deyib.O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ailə Konsepsiyası sənədini yekunlaşdırmaq üzrədir. “Biz artıq sənədi hazırlayıb, müvafiq dövlət orqanlarına göndərmişik. Onlar isə təkliflərini bizə təqdim edirlər. Bu konsepsiya sənədi müasir dövrdə Azərbaycan yanaşmasını və qarşıdakı vəzifələri nəzərdə tutan bir çərçivə rolunu oynayacaq”, - deyə komitə sədri vurğulayıb.Ətraflı
Diqqət Çəkənlər
Yenidən İTV-nin baş direktoru seçildi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan
Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb