Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.
"Report" xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülüb.