AZ

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

Bakı, 26 may, AZƏRTAC

Milli Məclis gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatını qəbul edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin mayın 26-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Deputatların müzakirələrindən sonra illik məlumat səsverməyə qoyularaq qəbul olunub.

Fotoqraf - Aydın Məmmədov
Operator- Ələkbər Baxşıyev

 

Seçilən
5
4
azertag.az

5Mənbələr