Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə, smartfonun daim açıq qalması problem sayılmır. Müasir cihazlar və xüsusilə ARM arxitekturasına əsaslanan prosessorlar enerji sərfiyyatını optimallaşdırmaq və aktiv istifadə olmadıqda “dərin yuxu” rejiminə keçmək üçün hazırlanıb.
Bununla belə, mütəxəssislər ən azı həftədə bir dəfə cihazın yenidən başladılmasını tövsiyə edirlər, bu barədə “SlashGear” yazır.
Smartfonu niyə vaxtaşırı tam söndürmək lazımdır?
Səbəb sadədir: zamanla operativ yaddaşda fon prosesləri, müvəqqəti fayllar və tətbiq xətaları toplanır. Bu, xüsusilə 4 GB-a qədər RAM-a sahib büdcə modellərində daha çox hiss olunur.
Cihazın yenidən başladılması yaddaşı təmizləyir və sistem xidmətlərini yenidən yükləyir. Bu isə donmaların azalmasına, batareyanın daha az sərf olunmasına və şəbəkə problemlərinin aradan qalxmasına kömək edir.
Smartfonun daha sürətli və ləngiməsiz işləməsi üçün həftədə bir dəfə nə etmək lazımdır?
Bundan əlavə, müntəzəm restart kiber təhlükəsizlik baxımından da faydalı hesab olunur. “SlashGear” materialında ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) tövsiyəsinə istinad edilir: smartfonu həftədə ən azı bir dəfə söndürmək və ya yenidən başlatmaq məsləhətdir. Bu, xüsusilə “zero-day” tipli boşluqlar da daxil olmaqla bəzi hücum risklərini azalda bilər.
Smartfonun uzun müddət saxlanması zamanı onu tam söndürmək daha vacibdir. Köhnə cihaz aylarla açıq vəziyyətdə qalsa, batareya dərin boşalma vəziyyətinə düşə bilər ki, bu da onun kimyəvi xüsusiyyətlərini pisləşdirir. Mütəxəssislər saxlanmadan əvvəl batareyanın təxminən 50%-ə qədər doldurulmasını, cihazın söndürülməsini və bir neçə aydan bir yenidən şarj edilməsini tövsiyə edirlər.
Bəzi istehsalçılar artıq avtomatik restart funksiyasını tətbiq ediblər. Məsələn, “Samsung” smartfonlarında cihazın texniki xidmət bölməsindən planlı avtomatik yenidən başlatma qurmaq mümkündür. “Google” isə Android cihazlarında bir neçə gün kilidsiz qaldıqdan sonra avtomatik restart funksiyasını sınaqdan keçirir — məqsəd məlumat təhlükəsizliyini artırmaqdır.
Yavaşlayan Android smartfonu həmişə bahalı yeniləmə tələb etmir. Mütəxəssislər cəmi 10 dəqiqəyə köhnə telefonun “yeni kimi” işləməsini təmin etməyin yollarını da izah ediblər.
Jalə
Demokrat.az
10Mənbələr
-
yeniazerbaycan.com"iPhone"nun batareyasını gizlicə tükəndirən rejim - Necə söndürmək olar? ( 29050534)
-
lent.azSmartfonun dinlənildiyini necə anlamaq olar? ( 29044210)
-
lent.aziPhone nun batareyasını gizlicə tükəndirən rejim Necə söndürmək olar? ( 29026627)
-
redaktor.azSmartfonun uzunömürlülüyünün sirri:Batareyanı qorumağın yolları ( 29012509)
-
olke.azSmartfonun uzunömürlülüyünün sirri: Batareyanı qorumağın yolları ( 29011087)
-
olke.azSmartfonun uzunömürlülüyünün sirri: Batareyanı qorumağın yolları ( 29011081)
-
demokrat.azSmartfonun daha sürətli və ləngiməsiz işləməsi üçün həftədə bir dəfə nə etmək lazımdır? ( 28971397)
-
demokrat.azSmartfonun daha sürətli və ləngiməsiz işləməsi üçün həftədə bir dəfə nə etmək lazımdır? ( 28971391)
-
moderator.azDələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? XƏBƏRDARLIQ ( 28942855)
-
demokrat.azŞəxsi nömrələrdən gələn spam zənglərdən necə qorunmaq olar? ( 28937086)