AZ

Şimali Koreya Sarı dəniz istiqamətinə ballistik raketlər atdı

Bu gün Şimali Koreya ordusu Sarı dənizə doğru bir neçə qısamənzilli ballistik raket atılıb.

Bu barədə Cənubi Koreya ordusuna istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilib ki, raketlərin buraxılışı Pxenan-Pukto əyalətində yerləşən Çoncu şəhərinin ətrafından həyata keçirilib.

Qeyd olunur ki, söhbət Cənubi Koreya ordusunun təsnifat sisteminə əsasən, uçuş məsafəsi maksimum 300 kilometr təşkil edən raketlərdən gedir.

Xatırladaq ki, aprelin 19-da Cənubi Koreya Silahlı Qüvvələri Sinpxo şəhəri ərazisindən Yapon dənizinə doğru bir neçə qısamənzilli ballistik raketin atılmasının qeydə aldıqlarını bəyan etmişdilər.

Seçilən
32
7news.az

1Mənbələr