AZ

Qılıncoynadanlarımız Dünya Kubokunda 6-cı olub

Qılıncoynatma üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda iştirak edib. Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma komanda 24 ölkə arasında 6-cı olub.

İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn sablyaçılar ən güclü “8-liy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya kollektivini 45:39 hesabı ilə məğlub edib.

Bürünc medalın bir addımlığında olan milli yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Görüş rəqibin 45:44 hesablı qələbəsi ilə başa çatıb.

Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya kollektivinə 42:45 hesabı ilə uduzub.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
0
8
xalqqazeti.az

10Mənbələr