AZ

Voleybol məşqçiləri üçün beynəlxalq seminar

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir. GİN-in Voleybol Mərkəzində təşkil olunan FIVB Level-2 kursuna dünən start verilib.

İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir və kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçiriləcək. Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər də iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.

Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq. Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislərə müvafiq sertifikatlar veriləcək.

Qabil YUSİFOĞLUXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
6
xalqqazeti.az

8Mənbələr