“Neftçi”nin yetirməsi, kiçik yaşlarından “ağ-qaralar”ın formasını geyinən Murad Məmmədov klubdan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçu Kiprin “Pafos” klubuna keçir. “Neftçi”ona xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.
Qeyd edək ki, 2024/25 mövsümündən “Neftçi”nin əsas komandasında oynayan Murad Məmmədov bu müddət ərzində 41 matça çıxıb, 4 qol vurub. O, Azərbaycanın U-21 milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.