ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins bildirib ki, ABŞ qüvvələri İranın cənubuna “qanuni özünümüdafiə” məqsədilə hücumlar həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ mətbuatında yayılan xəbərlərə görə, Tim Hokinsb açıqlamasında ABŞ-nin İranın cənubundakı bəzi hədəflərə yeni zərbələr endirdiyini bildirib.
O qeyd edib ki, hücumlar “qanuni özünümüdafiə” məqsədilə həyata keçirilib və ABŞ hərbçilərini İran qüvvələrindən qaynaqlanan təhdidlərə qarşı qorumağı hədəfləyib.
Hədəf alınan nöqtələr arasında raket buraxılış meydançaları və mina yerləşdirməyə hazırlaşdığı bildirilən İran gəmilərinin də olduğu vurğulanıb.
Tim Hokins əlavə edib ki, ABŞ davam edən atəşkəs prosesində təmkinli davranmağı davam etdirərkən, eyni zamanda öz qüvvələrini qorumaqda qərarlıdır.