ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Evlilikdə anlaşılmazlıqlar cütlüklər arasında tez-tez rastlanan problemdir. Bu, gündəlik həyatın tələbləri və fərqli gözləntilərdən qaynaqlana bilər. Müşahidələr göstərir ki, qadınlar daha çox narazılıq edir və şikayətini bildirirlər. Belə vəziyyətlər ailədə emosional gərginliyə səbəb olur və nəticədə münasibətlərin zədələnməsinə gətirib çıxarır.Bəs evlilikdə anlaşılmazlıq nə vaxt baş verir?
Bu barədə Bizimyol.info xəbər portalına danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, cütlüklərin həm maddi, həm mənəvi tərəfdən ortaq maraqları olmalıdır: “Evlilik öncəsi hər bir cütlük özləri arasında olan münasibəti evliliyə qədər həll etməyi bacarmalıdırlar.
Təəssüflər olsun ki, Azərbaycan menatalitetin çox yayğın və məşhur olduğu ölkədir. Buna görə də bizdə cütlük münasibətləri uzun sürmür. Demək olar ki cütlük münasibətə girəndən dərhal sonra nişan mərasimi və evlilik prosesi baş verir. Ona görə də cütlüklər bir-birlərinin mənfi və müsbət tərəflərini görə bilmirlər.
Düşünürəm ki, həm qadın, həm kişi xaraktercə uyğun olmalıdırlar. Həmçinin də onların həm maddi, həm mənəvi tərəfdən ortaq maraqları olmalıdır. Bu olmadığı halda sonradan bir-birilə anlaşılmazlığı daha çox olur. Bəzən erkən ailə qurmaq məsələsi ortaya çıxır ki, bu da oğlanların dostlarından ayrı qalmaq istəməməsi, onlarla çox vaxt keçirməsi və nəticədə yoldaşlarına az vaxt ayırması ilə nəticələnir.
Qızlar da bəzən erkən nikaha girirlər. Onların da özlərinə aid dostluq münasibəti olmur-təhsil ala bilmirlər, istədikləri kimi universitetə gedə bilmirlər. Bu da onların həyatlarında mənfi izlər buraxır”.
Vüsalə Əmiraslanova həmçinin vurğulayıb: “Düşünürəm ki, burda əsas anlaşılmama məsələsi cütlüklərin öz aralarında evlilik öncəsinə qədər problemlərin həll olmamasıdır. Eyni zamanda verilən vədləri həyata keçirməyən cütlüklərdə bu daha çox baş verir.
Həmçinin kənardan ailənin, dostların müdaxilələri də olur. Bu da yeni qurulmuş ailədə böyük bir problemlərə gətirib çıxarır”.
Vüsalə Əmiraslanova əlavə edib: “Ümumiyyətlə, evliliyin ilk 3 ili, sonrakı 7, 9, 13 və 18-ci illəri daha riskli illər və böhran dövrləri sayılır.
Əgər bu dövrdə bir-birlərini düzgün anlamağa çalışar, kompromisə getməyə bacararlarsa, o zaman artıq problemləri, narazılıqları həll olmuş olur. Qadınların ehtiyacı diqqətdirsə, kişilərin də ehtiyacı diqqətdir. Hər iki tərəf alma-vermə balansını qoruduqda cütlüklərdə narazılıqlar yaranmır. Ailələr də xoşbəxt olur”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.