AZ

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir

Bakı, 26 may, AZƏRTAC

Dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.

O bildirib ki, hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib. Dünya Bankının “Women, Business and the Law” hesabatında Azərbaycanın göstəricisinin 78,8-dən 85-ə yüksəlməsi həyata keçirilən islahatların beynəlxalq miqyasda da tanındığını təsdiqləyir.

Seçilən
16
1
azertag.az

3Mənbələr