AZ

"Hücumlar artacaq" - Netanyahu təlimat verdi

Bünyamin Netanyahu İsrail ordusuna Livana qarşı hücumların intensivləşdirilməsi barədə göstəriş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu sosial media hesabında yayımladığı videomüraciətdə İsrailin Livana endirdiyi zərbələr və Hizbullahın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar barədə danışıb.


O bildirib ki, İsrail Hizbullahla müharibə şəraitindədir.


“Livanda təzyiqi azaltmırıq. Doğrudur, onlar pilotsuz uçuş aparatları ilə bizi hədəfə alırlar. Bu məsələ üzərində çalışan xüsusi qrupumuz var və biz bunun da öhdəsindən gələcəyik. Bunun üçün zərbələrin sayını və şiddətini artırmağımız tələb olunur”, - deyə Netanyahu vurğulayıb.

Seçilən
14
manset.az

1Mənbələr