“Sosial tendensiyalar və ictimai dayanıqlılığa gəldikdə qeyd etməliyəm ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən ilin yekunlarına dair hesabatı səsləndirərkən deyib.
Komitə sədri qeyd edib ki, bu, özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir:
“Bunu DK nə, müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir.