AZ

“Qərb MDB ölkələrini daxildən bölmək istəyir” - FTX direktoru

“Qərb Müstəqil Dövlətlər Birliyində (MDB) inteqrasiya proseslərini bloklamağa ümid edir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Qərb inteqrasiya proseslərini bloklamağa, MDB ölkələrinin təməllərini daxildən sarsıtmağa, MDB xalqlarını ortaq tarixlərini unutmağa məcbur etməyə, onları bir-birinə qarşı qoymağa və burada öz dominantlığını qurmağa ümid edir.

Bortnikov əlavə edib ki, məhz bu səbəbdən MDB ölkələrinin maraqlarını obyektiv şəkildə qiymətləndirmək və birgə müdafiə etmək olduqca vacibdir, çünki onlar hər hansı bir xarici oyunçu ilə münasibətləri çərçivəsində olduğundan daha güclü şəkildə bir-biri ilə bağlıdırlar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
14
missiya.az

10Mənbələr