ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların idarə edilməsində Yaponiya təcrübəsinin təşviqi” adlı layihəni icra edir.
Layihə çərçivəsində “Təbiətə hörmət: Yapon ekoloji mədəniyyəti nümunəsi” mövzusunda seminarlar keçirilib. Bakının 212 və 162 saylı orta məktəblərində keçirilən seminarlarda məktəblilərdə ekoloji düşüncənin formalaşdırılmasına yönəlmiş mesajlar verilib, Yaponiya təcrübəsi nümunəsində təmizlik, məsuliyyət və ətraf mühitə hörmət anlayışları, tullantıların düzgün idarə olunması qaydaları aşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda təşkilinə dair ictimai müsahibə təşkil edilib. Bununla yanaşı, yapon ekoloji və şəhərsalma mədəniyyətinin Azərbaycanda təbliğinə dair araşdırma və müsahibə janrında yazılar yazılır və mediada işıqlandırılır. Sosial mediada bu mövzuda materialların mütəmadi yayılması, ölkədə ekoloji mədəniyyətin yüksəldilməsinin təşviqi nəzərdə tutulur.




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.