AZ

Bakıda evin mətbəxi kollektora düşdü

Həyətlər çöküb, ərazidə iri çuxurlar yaranıb. Hətta, evlərdən birinin mətbəxi əşyaları ilə birlikdə kollektora düşüb.

Publika.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır.

Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.

Sakinlər iddia edirlər ki, evlər kollektorun üzərində tikilməyib. Əksinə, çökən kollektor sonradan çəkilib.

Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.

Seçilən
0
5
publika.az

3Mənbələr