AZ

ABŞ İrana hücumlarını rəsmi elan etdi

ABŞ Mərkəzi Komandanlığı İranın raket bazalarını və mina yerləşdirən hərbi katerlərini hədəf alan müdafiə xarakterli zərbələrin endirildiyini açıqlayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın müxtəlif bölgələrində partlayış səslərinin eşidilməsindən sonra məsələ ilə bağlı ABŞ tərəfindən açıqlama verilib. ABŞ-nin Fox News telekanalının yaydığı məlumata görə, CENTCOM-un sözçüsü Tim Hawkins bildirib ki, “ABŞ qüvvələri hərbçilərimizi İran qüvvələrindən qaynaqlanan təhdidlərdən qorumaq məqsədilə bu gün İranın cənubundakı hədəflərə qarşı özünümüdafiə xarakterli əməliyyatlar həyata keçirib”.


Hokins qeyd edib ki, hədəflər arasında raket bazaları və mina yerləşdirməyə çalışan İran hərbi katerləri də olub.


O əlavə edib: “CENTCOM qüvvələri davam edən atəşkəs dövründə təmkin nümayiş etdirərək öz şəxsi heyətini müdafiə etməyə davam edir”.

Seçilən
18
manset.az

1Mənbələr