İranla razılaşma hələ də mümkündür.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Hindistanda, Caypur aeroportunda təyyarədə jurnalistlərə bildirib.
O deyib ki, Vaşinqton və Tehran arasında razılaşmanın mətninin razılaşdırılması “bir neçə gün çəkə bilər”.
“Qətərdə bəzi danışıqlar aparıldı, buna görə irəliləyiş əldə edə biləcəyimizi görəcəyik”, - Rubio qeyd edib.