AZ

2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı

ain.az, Baku.ws saytına istinadən bildirir.

Braziliyalı məşhur fitnes fenomeni, 22 yaşlı Qabriel Qenli San-Paulodakı evində ölü tapılıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, instaqramda 2,3 milyon izləyicisi olan fenomenin meyiti mayın 23-də dostu tərəfindən aşkar edilib. Bildirilib ki, dostu evə gəldikdə onu mətbəxin döşəməsində hərəkətsiz vəziyyətdə görüb və hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb.

İlkin araşdırma zamanı gənc idmançının öldüyü müəyyən olunub. Hadisə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları ölümü hazırda "şübhəli ölüm" kimi qiymətləndirir. Bununla yanaşı, evdə zorakılıq və ya qətl izinə rast gəlinmədiyi qeyd olunub. Ölüm səbəbinin ekspertiza rəyindən sonra dəqiqləşəcəyi bildirilib.

Məlumata görə, Qabriel Qenli 15 yaşından bodibildinqlə məşğul olmağa başlayıb. O, sosial şəbəkə hesablarında əvvəllər əzələ inkişafını sürətləndirmək məqsədilə anabolik steroidlərdən istifadə etdiyini açıqlamışdı.

Qeyd edək ki, fenomen ötən il keçirdiyi ağır pnevmoniya səbəbindən yarışlara bir müddət ara vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
baku.ws

1Mənbələr