AZ

Kəllə ilə vurub burnunu sındıran şəxsə amnistiya düşdü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhərində 22 yaşlı oğlan tanışına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 1-də şəhərin 42-cı məhəllə ərazisində yerləşən “Cansu” şirniyyat evinin yaxınlığında baş verib. Ağstafa rayon sakini, 2004-cü il təvəllüdlü Nihat Mədətov həmin gün gecə saat 02:00-da Əli adlı şəxslə heç bir əsaslı səbəb olmadan mübahisə edib, onun ünvanına nalayiq ifadələr işlədib. Nihat kənar şəxslərin gözü qarşısında xuliqanlıq niyyəti ilə baş zərbəsi ilə Əlinin sifət nahiyəsinə qəsdən vurub, ona xəsarətlər yetirib. İş üzrə ifadə verən Nihat bildirib ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Gate 50” adlanan puba Əlinin yanına gəliblər və orada yemək yeyib, araq qəbul ediblər:“Hüseynli Məmməd spirtli içki içmədiyindən ayıq olub. Biz isə içkinin təsirindən sərxoş vəziyyətdə olduq. Orada oturduğumuz müddətdə Sumqayıt şəhər sakini kimi tanıdığımız, pubda qonaq olan Fərid və Elmir də bayram günü ilə əlaqədar biz əyləşdiyimiz stola gəldi, 5-10 dəqiqə oturaraq bayramlaşdılar. Biz həmin pubdan gecəyarısı çıxdıq. Şahvələd bizdən təxminən 40-50 metr qabaqda piyada getdi. Birlikdə piyada gedən zaman Əli sərxoş olduğundan söyüşlər söyməyə başladı. Ona irad bildirdikdə aramızda mübahisə oldu. Əli çiynimə yumruq atdı, təpik fəndi ilə məni yerə yıxdı. Yerdən durduqdan sonra həmin vaxt orada olan Etibar bizi aralaşdırdı, hər ikimizin ağzımıza şillə ilə vurdu. Əli əynində olan gödəkçəsini çıxararaq yerə tulladı, nalayiq söyüşlər söydü”. Təqsirləndirilən şəxs deyib ki, bu zaman Şahvələd Əliyə yaxınlaşaraq öz iradını bildirib, içkili olduğunu deyib və söyüş söyməməyi tələb edib:“Sonra isə Əlini qucaqlayıb aparmağa başladı. Əli anidən Şahvələdin belindən tutaraq yerə yıxmaq istədi. Şahvələd də idmanla məşğul olduğundan Əlini fəndindən çıxdı və onu fəndlə yerə yıxdı. Əli yerdə olan zaman Şahvələdin onun sol göz nahiyəsinə zərbə vurduğunu gördüm və onları aralamağa başladım. Əli gözünü tutdu və Etibar Məmməd ilə Əlini yerdən qaldırdı. Mən isə Şahvələd ilə birlikdə oradan getdim. Əli, Etibar və Hüseyn isə birlikdə qaldılar”.Nihatın ifadəsinə görə, həmin gün, təxminən gecə saat 02:00-da Sumqayıt şəhəri, 42-cı məhəllə ərazisində yerləşən “Can su” adlanan şirniyyat evinin yanında olan zaman Əli və Məmməd Hüseynli oraya gəlib:“Əli sol gözü xəsarət almış vəziyyətdə Şahvələdə dedi ki, sən kənarda dur, Nihadla söhbət edəcəm. Bu zaman onunla birlikdə kənara çəkildik. Mübahisə zəminində Əli mənə “hərəkətini elə, nəsə et ki, səni vurum” dedi, mənim ayağıma təpik atdı. Mən də kəllə ilə Əlinin burun nahiyəsinə vurdum. Bu zaman məni Məmməd və Etibar qucaqlayaraq kənara çəkdi. Şahvələd isə Əlini oradan uzaqlaşdırdı. Əlini sakitləşdirərək evə yola saldı”. İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, 2024-cü il, dekabrın 31-də, axşam saatlarında iş yoldaşı Etibarla əlaqə saxlayıb, Yeni ili birlikdə keçirməklə bağlı Etibar ona Bakı şəhərinə getməyi təklif edib: “Mən isə maraqsız olduğu üçün getmək istəmədiyimi bildirdim. Etibara Yeni il gecəsini Sumqayıt şəhərində birlikdə keçirməyi təklif etdim. Etibar mənim təklifim ilə razılaşdı. Həmin gün təxminən saat 22 radələrində Etibara Sumqayıt şəhərində yerləşən “Gate 50” adlı Pubda olduğumu bildirdim. Saat 23 radələrində Etibar Məmməd, Şahvələd, Nihatla birlikdə həmin PUB-a gəldilər. Birlikdə yemək yeyib, spirtli içki olan araq içdik”. Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin yanvarın 1-də, gecə saat 00:30-da “PUB”dan çıxarkən Nihatla aralarında sözlü mübahisə yaranıb: “Nihat əli ilə məni sinəmdən geriyə itələdi. Mən də orada pilləkənindən düşərkən Nihatı əlim ilə geriyə itələdim. Həmin vaxt o, mənə təpik atdı. Mən də ona yumruq zərbəsi atsam da, bu zərbələr nə Nihata, nə də mənə dəydi. Bu zaman yaxnılığımda olan Şahvələd məni “PUB”dan bir neçə metr kənara çəkdi. Həmin vaxt Şahvələd qəfildən məni fəndlə yerə yıxdı, yumruqla sol göz nahiyəmə zərbə vurdu. Bundan sonra yoldaşlarımız Şahvələdi oradan uzaqlaşdırdılar. Mübahisə zamanı Şahvələd məni fəndlə yerə yıxdıqdan sonra sağ əlimdən və həmçinin yumruqla sol göz nahiyəmdən vurduqdan sonra sol gözətrafı nahiyəmin şişkinliyi-qançırı, göz qapaqlarımın qançırı xəsarətləri aldım. Bu hadisədən sonra Şahvələdlə Nihat həmin yerdən uzaqlaşaraq getdilər”. 

Əli bildirib ki, daha sonra Etibara Şahvələdə zəng etməsini, onunla nə üçün dalaşdığını və hara getdiklərini soruşmasını deyib: “Biz bir müddət sonra saat təxminən 00:40-da Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində “Cansu” şirniyyat evinin qarşısında yenidən görüşdük. Orada Şahvələd və Nihatla söhbəti davam etdirdik. Şahvələd məni Nihata görə vurduğunu bildirdi. Bu zaman Nihat anidən kəllə ilə burun nahiyəmə zərbə endirdi”. Zərərçəkmiş şəxs bildirib ki, Şahvələdin “Gate 50” Pubda yeyib-içdikdən sonra sanitar qovşaqda niyə yatdığını bilməyib: “Mübahisənin məhz Şahvələdin içkili vəziyyətdə olması, səndələyərək yıxıla bilmə ehtimalının olduğunu üçün və bunu nəzərə alaraq ona mənim və ya Nihatın köməklik göstərməsi üstündə baş verib. Mübahisə zamanı Nihat təpiklə məni sol tərəfimdən vurdu. Mən də Nihata söyüş söyərək ona yumruq atdım. Yeyib-içərkən Nihatla aramızda mübahisə olmamışdı. Şahvələd mənim üzərimə gəldi və Nihata söyüş söydüyüm üçün mənə fənd edərək yerə yıxdı. Bundan sonra Şahvələdlə Nihad oradan uzaqlaşaraq getdilər. Daha sonra Şahvələdin məni niyə vurduğunu aydınlaşdırmaq üçün Etibarın ona zəng etməsini dedim. “Trendyol” adlanan mağazanın yaxnılığında olarkən Şahvələdlə söhbət etdim, məni niyə vurmasını soruşdum. Şahvələd mənə “Nihat mənim qardaşımdır, ona görə hərəkət etmişəm”- sözlərini dedi. Nihat məni vurduqdan sonra yerimdə dayandım. Həmin vaxt orada Şahvələd, Etibar, Şahvələdin qardaşı və əmisi oğlu olub. Ətrafda başqa kimsə olmayıb. Nihat baş zərbəsi ilə vurduqdan sonra burnumdan qan açıldı”. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
demokrat.az

2Mənbələr