AZ

Diyetoloq diabet xəstələri üçün faydalı hesab olunan pendir növlərini açıqlayıb

Diyetoloq Natalya Kruqlovanın sözlərinə görə, bəzi pendir növləri qan şəkərinin səviyyəsinə ciddi təsir göstərmədiyi üçün diabet xəstələrinin qidalanmasında yer ala bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, pendirin tərkibində əsasən zülal və yağ olduğu üçün o, qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olmur. Bundan əlavə, tərkibindəki kazein adlı zülal uzun müddət toxluq hissi yaradır.

Dietoloq xüsusilə yağ tərkibi 20 faizə qədər olan yarı sərt pendirləri, qaymaqlı pendirləri, eləcə də “yüksək proteinli” və “az yağlı” pendirləri daha uyğun hesab edir. Onun sözlərinə görə, bu növlər gündəlik istifadə üçün münasibdir.

Həkim qeyd edib ki, pendir faydalı olsa da, porsiya miqdarına diqqət edilməlidir. Tövsiyə olunan gündəlik norma 30-40 qramdan çox olmamalıdır.

Mütəxəssis artıq çəkidən əziyyət çəkən insanlara isə daha az yağlı pendirlərə üstünlük verməyi və gündəlik kalori qəbuluna nəzarət etməyi məsləhət görüb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
2
e-saglam.az

1Mənbələr