AZ

Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər

Azərbaycan Karate Federasiyasının milli komanda üzvləri Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə Avropa çempionatında iştiraklarını başa vuraraq Vətənə qayıdıblar.

Apasport.az xəbər verir ki, idmançılar Heydər Əliyev adına Beynəlxalq Aeroportda federasiya rəsmiləri, məşqçilər, ailə üzvləri və idman ictimaiyyətinin nümayəndələri tərəfindən qarşılanıblar.

Qarşılanma mərasimində milli komanda üzvlərinə göstərdikləri mübarizə və beynəlxalq arenada Azərbaycanı təmsil etdikləri üçün təşəkkür edilib.

Qeyd edək ki, Almaniyanın Frankfurt şəhərində keçirilən 61-ci WKF Avropa Çempionatında 50 ölkədən 586 karateçi mübarizə aparıb.

Azərbaycan karateçiləri yarışda uğurlu nəticələrlə yadda qalıblar. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu olub.

İrina Zaretska 68 kq çəki dərəcəsində bürünc medal əldə edib. Parakarate üzrə çıxış edən Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli də Avropa çempionatını bürünc medalla başa vurublar.

Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanıb. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.

Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada altıncı pillədə qərarlaşıblar.

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb

“Lions King”dən üç medal: 2 qızıl, 1 bürünc - FOTO

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçirilib

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək

AÇ: Karateçilərimizdən 6 medal

Seçilən
33
1
apasport.az

2Mənbələr