AZ

"Fənərbaxça"nın futbolçusu "Əl-Şabab"a doğru

"Fənərbaxça"nın futbolçusu Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atletiko Mineyro"nun da transfer siyahısında yer alan 33 yaşlı futbolçuya "Əl-Şabab" təklif göndərib.

Fred isə hələ ki yekun qərarını verməyib.

O, bu iki klub arasında seçim edəcək.

Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ildə “Mançester Yunayted”dən 9,74 milyon avroya heyətinə qatmışdı. Braziliyalının İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr