AZ

Laşa Abaşidze: Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətə başlaması bizim üçün qürurvericidir

Tbilisi, 26 may, AZƏRTAC

Bakı-Tbilisi marşrutu altı ildir fəaliyyət göstərmirdi və bu gün qatar yenidən yola düşür. Bu, bizim üçün çox həyəcanvericidir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Dəmir Yollarının baş direktoru Laşa Abaşidze deyib.

Onun sözlərinə görə, bu marşrut bütövlükdə Gürcüstan üçün mühüm əhəmiyyət daşıyır. Xidmətin bərpasından sonra tələbatın yüksək olması səbəbindən qatar hər gün fəaliyyət göstərəcək. O bildirib ki, cəmi bir neçə gün ərzində çox sayda bilet satılıb.

“Buna görə hər kəsi təbrik edirəm. Bu, olduqca uğurlu layihədir. Marşrutun bərpası ilə əlaqədar azərbaycanlı həmkarlarımızla əməkdaşlığı davam etdirəcəyik və bu gündən etibarən Bakı-Tbilisi və Tbilisi-Bakı istiqamətləri üzrə gündəlik reyslər həyata keçiriləcək”, – deyə baş direktor vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
30
1
azertag.az

2Mənbələr